Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini paytaxt Bakı ilə yanaşı bölgələrdə də davam etdirilir.
“Rubin.Az” xəbər verir ki, göstərilən tövsiyənin icrası ilə bağlı, həyata keçirilən tədbirlərin davamı olaraq Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı şəhəri 19 saylı vəkil bürosu tərəfindən Göyçay rayonununda, Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının inzibati binasında bu gün rayon sakinləri ilə yanaşı ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilmişdir. İlk əvvəl Kollegiya üzvüləri tərəfindən H.Əliyev parkında Ulu öndərin adidəsi ziyarət olundu. 19 saylı Vəkil Bürosunun müdiri Elmir Hüseynov və büronun bir qrup üzvləri tərəfindən 28 nəfər vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilmiş, onların problemləri ilə tanış olunmuşdur. O, cümlədən 6 müraciət ərizəsi, 2 iddia, 2 vəsatətdlə müraciət olunmuş, digər müraciətlər şifah dinlənimişdir. Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulmuşdur.
Davud Tarverdiyev – Göyçay
Rubin.Az