Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı və Yevlax şəhər Təhsil şöbəsi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsili” adlı Yevlax şəhər 5 saylı tam orta məktəbdə tədbir təşkil olunmuşdur.
“Rubin.az” xəbər verir ki,tədbirdə YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev, Yevlax şəhər Təhsil şöbəsinin əməkdaşı Yeganə Vəliyeva və məktəbin müəllim kollektivi və yuxari sinif şagirtləri iştirak edirdilər. Tədbiri Yevlax şəhər 5 saylı tam orta məktəbin drektoru Zərxanım Əhmədova açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları Ulu öndərin Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Heydər Əliyevin həyat və fəaliyyətində təhsillə bağlı məqamları özündə əks etdirən filmə baxış keçirildi.
YAP Yevlax Şəhər Təşkilatının Sədr müvini, Aparat rəhbəri Əli Quliyev çıxış edərək keçirilən tədbiri yüksək qiymətləndirdi. O tədbirin mahiyyəti və layihənin məqsədləri haqqında məlumat verdi. Bildirdi ki, müstəqil Azərbaycanın qurucusu, Xalqımızın ümummilli Lideri Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının xüsusən də gənclərin yetişməkdə olan yeni nəslin vətəndaşlıq borcudur. Məhz bu ruhda formalaşan gənclik əsl vətənpərvər vətəndaş olaraq öz ölkəsinin mənafeyini qoruya bilər. Bu gün biz Heydər Əliyev işığına toplaşmışıq. Sevinirik ki, Azərbaycan mədəniyyətinin hamisi olan Heydər Əliyevin ideyası bu gün ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür.
Sonra çıxış edən Yeganə Vəliyeva Heydər Əliyevin şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını diqqətə çatdırdı.
Tədbir iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən bukletlər paylandı.
Sonda Partiya sıralarına yeni qoşulmuş bir qurup təhsil işçilərinə partiya üzvülük vəsiqələri təqdim edildi. Yeni Azərbaycan Partiyası ilə sıx əməkdaşlığa və göstərdiyi partiya fəallığına görə məktəbin drektoru Zərkanım Əhmədova və Lalə cəbrayılova Fəxri fərmanla təltif olundular.