Çərşənbə, 21 Oktyabr 2026 06:18:39 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00
Hadisə

“Mənə köməklik edin, anam yaşasın”-Gənc müəllim Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya müraciət etdi

21.04.2019 13:36 · 31 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Mən Məmmədov Murad Mahir oğlu 20.11.1991-ci ildə Gəncə şəhərində anadan olmuşam. Hazırda Gəncə şəhər 26 nömrəli məktəb-lisey kompleksində Fiziki tərbiyə müəllimi işləyirəm.
Müstəqil dövlətimizin yaranması ULU ÖNDƏRİMİZİN adı və fəaliyyəti ilə bağlıdır. Bu dövlət yaranan gündən rəhbərlik daima vətəndaşlara yardım əlini uzadıb.Cənab İlham Əliyevlə vətəndaşların görüşündən sonra onlarda yaranan ilkin təəssürat ondan ibarət olur ki, Cənab İlham Əliyev gənclərimizin həyatın hər bir sahəsində iştirakının daha da fəallaşmasının tərəfdarıdır. Bunun üçünsə Cənab Prezidentin güclü siyasi iradəsi var.
Cənab Prezidentin ürəyi ilə idarə olunan ölkəmizi çox yüksək qiymətləndirirəm və mövqeyimə də həmişə sədaqətli qalacağam. Ölkəmizdə hər birimiz üçün çox vacib olan ictimai asayiş və sabitlik var. Bir övladın atasını, anasını sağ görməsi, təbəssümlərini izləməsi necə fərəhlidir, bunu da bilirsiniz. Bunların etibarlı zəmanəti Cənab Prezidentimizdir.
Onun çiyinlərinə dəstək verən sədaqətli silahdaşı və ömür-gün yoldaşı, Mehriban xanım, Sizsiniz. Biz Sizlərə inanır və minnətdarlıqla qəbul edirik. Çünki sizin qibtəediləcək qədər şöhrətli nüfuzunuz var.
Azərbaycan Prezidenti İlham Əliyev sülhün və sabitliyin qorunub saxlanması üçün hər cür səy göstərir. Mən Sizə ürəkdən heyranam və Sizin liderlik qabiliyyətinizə hörmət edirəm. Nə zaman televizoru açsaq və ya sosial şəbəkələrə giriş etsək, Birinci Vitse-prezident Mehriban Əliyeva hansısa məktəbin, uşaq bağçasının istifadəyə verilməsində iştirak edir, hansısa sərgidədir, valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsindədir, şəhid anaları ilə görüşür başlığı altında xəbərlər görürük.
Hörmətli Prezidentimiz və Mehriban xanım, hazırda çox çətin, aciz vəziyyətdə qalmışam. Yalnız ümidim Sizlərə olduğu üçün bu məktubu yazıram, tam ümid edir və inanıram ki, mənə köməkliyinizi əsirgəməyəcəksiniz. Hazırda həyatımın ən çətin günlərini yaşayıram. Məni tanıyanlar bilir ki, qürurlu, iradəli insanam, heç vaxt heç nəyin qarşısında aciz, gücsüz dayanmamışam. Amma, hazırda aciz vəziyyətdəyəm. 3 ildir ki, Atamı itirmişəm. Ailədə böyük bir anam qalıb. Uzun müddətdir ki, qaraciyər xəstəliyindən əziyyət çəkir. Vəziyyəti çox ağırdır. Daxili qanaxmaları var. Həkimlər dördüncü dərəcəli qaraciyər serrozu diaqnozu qoyub. 18 apreldə Gəncə Beynəlxalq xəstəxanasında endoskopik əməliyyatla daxildəki damarları elastik materialla sıxdılar. İmkanım yalnız buna çatdı. Amma hər an həyati təhlüksi var, qida vasitəsi kimi yalnız su verilir. Anam yalnız qaraciyər köçürülməsi ilə yaşaya bilər. Qaraciyər köçürülməsi üçün əməliyyatın qiyməti isə bildiyimiz kimi çox böyük bir məbləğə başa gəlir. Bir müəllim üçün bu əməliyyat xərclərinin qarşılanması qeyri-mümkündür.
Hazırda fikirlərimizi Prezidentə və Mehriban xanıma tam çatdırmağa imkan var. Ona görə də məktubu tam şəkildə Sizlərə yazdım. Çox xahiş edirəm, bu əməliyyatın keçirilməsi üçün mənə köməklik edin, anam yaşasın.

↑