AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya küçədə hücum edən saxlanılıb.
“Rubin.az” xəbər verir ki,bu barədə “Qafqazinfo”ya açıqlamasında DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.
Onun sözlərinə görə, polis tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində Bakı şəhər sakini Tural Qarayev saxlanılıb.
Həmin şəxs İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə günahlandırılır.