Çərşənbə, 21 Oktyabr 2026 07:14:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00
Dünya

Notr-Dam Kilsəsi uça bilər – Fotolar + Video

16.04.2019 11:17 · 710 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Paris Notr-Dam Kilsəsi yanır.

Yanğının səbəbləri açıqlanmasa da, binada restavrasiya işlərinin aparıldığı bildirilib. Alov kilsənin tavanından və pəncərələrindən qalxır. Yanğına ilk reaksiya verən şəxs isə ABŞ prezidenti Donald Tramp olub.

O, “Notr Damın yanmasına baxmaq dəhşətdir. Yanğınsöndürən helikopterlərdən istifadə olunmalıdır. Cəld tərpənmək lazımdır”, – deyə bildirib.

***

“Anadolu” agentliyinin məlumatına görə, yanğın səbəbindən kilsənin qülləsi uçub.

Hadisədən sonra Fransa prezidenti Emmanuel Makron bir neçə aydır aksiya keçirən “Sarı jiletlilər”in gözləntiləri ilə bağlı keçirəcəyi mətbuat konfransını ləğv edib.

***

Paris meri Ann İdalqo Tvitter statusunda yanğının hələ də söndürülmədiyini yazıb:

“Parisin yüzlərlə yanğınsöndürəni alovun qarşısını almağa çalışır. Paris yepiskopluğu ilə kontaktdayıq. Hamını təhlükəsizlik məsafəsini gözləməyə çağırıram”.

Qeyd edək ki, baş vermiş yanğınla əlaqədar Fransanın Baş prokurorluğu istintaqa başlayıb.

***

Fransa Daxili İşlər Nazirliyi yanğında ölən və yaralanın olmadığını açıqlayıb.

***

Yanğından mühafizə xidmətinin nümayəndəsinin sözlərinə görə, Notr-Dam kilsəsinin şimal qülləsindəki yanğını söndürmək mümkün olmayacaq. Kilsənin həmin hissəsinin uçacağı ehtimalı var.

Bir qədər əvvəl isə kilsənin bərpasının azı 10 il vaxt tələb edəcəyi açıqlanıb.

***

Parisin yanğınsöndürmə xidmətinin rəisi Jean-Claude Gallet “Euronews” portalına bildirib ki, yanğın tamamilə nəzarət altındadır, qismən söndürülüb.

Onun sözlərinə görə, kilsənin damı dağılsa da, əsas strukturu qorunub saxlanıb: “Hesab edirik ki, Notr-Damın iki qülləsi xilas oldu. Ən qiymətli əsərlərin olduğu arxa hissə də qorunub”.(Qafqazinfo)



↑