Bazar, 29 Noyabr 2026 17:52:06 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 ABŞ şirkəti Azərbaycanın Aran zonasında neft-qaz axtaracaq27.11.2026 12:00
Hadisə

“Allaha and olsun, mən də özümü Elina kimi məktəbdə öldürəcəm!”

15.04.2019 13:58 · 2. 772 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Təhsil Nazirliyi çalışdığı məktəbin direktorundan şikayətlənən Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayevanı qəbul edib.

“Rubin.az” xəbər verir ki,Babayeva Baku.ws -ə açıqlamasında, direktor Roza Məmmədovanın və Abşeron rayon Təhsil Şöbəsinin ona yaratdığı problemlərin artıq aradan qaldırıldığını bildirdi:

“Bu səhər Təhsil Nazirliyində məni qəbul edib, şikayətimi dinlədilər. Bütün sənədlərimə baxdılar. Mənə qarşı edilən haqsızlıq aradan qaldırıldı. Şöbə müdiri ilə direktora nə cəza verəcəklər, bilmirəm. Amma mənim problemim həll olundu. Haqq-ədaləti bərpa edən Təhsil Nazirliyinə təşəkkür edirəm!”

10:42

“Allaha and olsun, işim həll olunmazsa, direktor cəzalasını almasa, Elina kimi mən də özümü məktəbdə öldürəcəm!”

Bu sözləri Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin dərs hissə müdiri Gülabatun Babayeva BAKU.WS  deyib.

G.Babayevanın açıqlamasında sözügedən məktəbin direktoru Roza Məmmədova tərəfindən haqsızlıqla qarşılaşdığını bildirir:

“Mən – 13 il stajlı coğrafiya müəllimi Babayeva Güləbatun Asif qızı 04.01.2018 tarixdən Abşeron rayonu Xırdalan şəhəri 8 saylı tam orta məktəbdə Təşkilatı məsələlər üzrə direktor müavini işləmişəm. Masazır 4 saylı orta məktəbdə açılan yeni tədris müavini ştatı ilə bağlı 16.01.2019 tarixində ərizə ilə müraciət etmişəm. Müraciətimə əsasən məni 29(b) Əmr ilə işə qəbul etdilər.

Artıq 3 aydır ki, bu məktəbdə işləyirəm. Faktiki iş yerim isə əvvəlki məktəbimdir.

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova mənim əmrimi səhf tarixdən yazıb. İkinci dəfə mənə əmrin tarixini yeniləmək üçün 2 apreldə ərizə yazdırır.

Sonra da məndən o biri məktəbdən işdən azad olmağım üçün ərizə yazmağımı tələb edir. Lakin yeni iş yerimdə əmrim yeni tarixlə vermədiyinə görə, yəni doğru-düzgün əmr vermədiyinə görə ərizə yazmaqdan imtina etdim.

İndi də direktor bu məktəbdən getməyim üçün mənə pul təklif edir. Deyir, səni yanımda müavin kimi görmürəm. Səbəbi isə məktəbin bütün maliyyə pozuntularından xəbərdar olmağım və baş verənlərə etiraz etməyimdir.

Direktor müəllimlərin əvəzçilik haqlarını ödəmir. Dərslər sənəd üzərində bir müəllimin adına yazılır, dərsi tamam basqa müəllim keçir, pulu isə direktor alır.

Müraciət etmədiyim qurum qalmayıb. Təhsil Nazirliyinə, Korrupsiya idarəsinə, Prezident Aparatında Fərəh Əliyevaya, Ombudsman Elmira Süleymanovaya, baş prokuror Zakir Qaralova şikayət etmişəm. Abşeron rayonu Təhsil şöbəsi Təhsil Nazirliyinin mənimlə bağlı verdiyi tapşırı yerinə yetirmir.

Direktor Roza Məmmədova deyir ki, sən kimsən? Əmri vermirəm, heç Allahdan da qorxmuram. Artıq bezmişəm. Keçən dəfə şagird özünü 3-cu mərtəbədən atmışdısa, bu dəfə də mən atacam.

Mənim qızım stress keçirir, çünki məni qızımın yanında təhqir edir. Məni işlədiyim məktəbdə qapını üzümə bağlayıb, içəri girməyə qoymur”.

Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbin direktoru Roza Məmmədova G.Babayevanın ittihamlarını qəbul etmədi:

“Mən əmr verməyə qadir deyiləm. Əmr verilir, mən də icra edirəm. Regional Təhsil İdarəsi əmr verdikdən sonra mən onu işə götürə bilərəm. Regional İdarə icazə vermədikdən sonra mən onun bizim məktəbdə işləməsinə icazə verə bilmirəm.

Gülabatın Babayeva bizim məktəbə dərs hissə müdiri kimi təcrübə mübadiləsinə göndərilib. Biz mart ayının 1-dən onun əmrini verməyi nəzərdə tutmuşduq, amma Regional İdarə əmr vermədi. Çünki özünü doğrultmadı. G.Babayevanın əlindəki saxtadır, özü düzəldib. Mən ona əmr verməmişəm.

O insanda ağıl çatışmazlığı var ki, intihar barədə düşünür. İntihar edənlərin ağılı düz olur? Onun psixoloji durumu yerində deyil!”


↑