Çərşənbə, 21 Oktyabr 2026 08:06:46 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Ukrayna səfiri Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib (FOTO)18.10.2026 18:00
Gündəm

Ceyhun Bayramov jurnalistləri “mətbuat konfransı”na buraxdırmadı – ETİRAZ

13.04.2019 16:06 · 747 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dünən təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbin şagirdi Elina Hacıyevanın intiharı ilə bağlı mətbuat konfransı keçirib.

“Rubin.az” Unikal.org-a istinadən  xəbər verir ki, konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələrinin açıqlanmalı idi. Lakin nazirlik qaş düzəltdiyi yerdə vurub göz çıxardıb. Ölkənin bir nömrəli gündəminə çevrilən hadisə ilə bağlı konfransa məhdud sayda media nümayəndəsi çağırılıb. Əvvəlcədən Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehovun müəyyənləşdirdiyi siyahıda adları olmayanlar isə konfransa buraxılmayıb.Bununla da nazirlik haqlı tənqidlərə dözümsüzlük nümayiş etdirərək KİV haqqında qanunu heçə sayıb.

Sosial şəbəkədə media nümayəndələri nazirliyin bu addımını sərt tənqid ediblər:

Rafael Becanov: Bu nazirin idarə etdiyi təhsil sistemi də belə olar. Adam mətbuat konfransı keçirmək istəyir və mətbuatı “ağ”lara, “qara”lara bölür. Yəni, özünün dediklərini yazanları çağırır. Belə mətbuat konfransı olur? Press-reliz paylamaq niyyətindədir görünür.

Bu düşüncəylə, bu yanaşmayla məktəblərdə hələ çox şeylər olacaq.

Belə idarəetmə, nazir, nazirlik olurmu? Özlərinin siyahısı varmış. Sizin siyahınız da elə idarəetməniz kimidir..
Ancaq adamlar yerində olmayanda belə gülməli görünən, ağlamalı işlər olur.

Görünür məktəblərə də nazir, onun əməkdaşları elə yanaşır. Ona görə də bu qədər özbaşınalıqdır…

Ziya Babayev: Təhsil Nazirliyində mətbuat konfransı keçirilir. Lakin bizi ora buraxmırlar. Deyirlər adınız siyahıda yoxdur.

Bəs cənab nazir bu konfransı keçirəndə, ora dəvət olunan jurnalistlər və ya KİV necə seçilir? Bəlkə biz Elinanın ölümü ilə bağlı verə biləcəyimiz suallara görə çağrılmamışıq?!

Miri Məcidli:Təhsil naziri intihar edən məktəbli ilə bağlı mətbuat konfransı keçirir. Mətbuat konfransına yalnız Nazirliyə sərf edənləri yazanlar dəvət olunub. Həmin TV onsuz da sizin dediyinizi yayımlayacaq. Bu saxta şou kimə lazımdır? Niyə həmin konfransda saytlar yoxdur?

Vilayət Muxtar: Nazir Ceyhun Bayramov, niyə belə əziyyət çəkirsiz ki? Özünüz danışın, özünüz çəkin, özünüz də paylaşın da… Deməli, nazir mətbuat konfransı keçirir, amma 3-4 media orqanını dəvət edib… Nazirlikdən isə deyirlər ki, siz gəlməyin, onsuz da içəri buraxılmayacaqsız… Bax budur sizin mətbuata nə dərəcədə açıq olduğunuz… Günahkarlar hər zaman suallara cavab verməmək üçün bu cür addımlar atır, mətbuatdan qaçır…

Famil Fərhadoğlu: Görün bəzi mətbuat katibləri mediamıza nə cür yanaşır. Təhsil naziri Ceyhun Bayramov intihar edən Elina ilə bağlı mətbuat konfransı keçirəcək. Amma, məsələnin əmması odur ki, konfransa nazirliyin özləri istədiyi jurnalistlər çağırılacaq. Bu nə yanaşmadır? Bu nə düşüncədir? Biri hörmətli nazirimizə desin ki, mətbuat katibi Cəsarət Valehov mətbuatı narazı salmağa davam edir. Bilmiş olsun. Mətbuat katibi olmaq o deyil ki, o işini özü istədiyi kimi qurmalıdır.

Əzizə İsmayılova: Təhsil Nazirliyi nəhayət ki, baş verən hadisə ilə bağlı mətbuat konfransı keçirəcək. Amma öz siyahısında olan agentliklər və televiziya kanalları üçün. Mətbuat konfransı dar çərçivədə təşkil olunub və bu gün həmin konfransda iştirak edəcək KİV-lərin siyahısı hazırlanıb. Əladır. Hər nazirliyin öz “kruq”u, öz jurnalisti varsa, daha əziyyət çəkib görüntü üçün niyə konfrans keçirirlər? Elə press relizi göndərsinlər vəssalam da. Hazır suallara cavab, onsuz da press relizin sual formasında olan variantıdır.

Medianın siyahıya düşə bilməyənləri də öz suallarına özləri cavab uydursunlar – həmişə olduğu kimi… Ya da suallara cavabları AzTV-dən, Azərtacdan və bu günə kimi hadisə ilə bağlı bircə cümlə belə yazmayan hörmətli siyahıda yer tutan seçilmiş həmkarlarından ala biləcəklər.

Vüsal Qarayev: Olmayan təhsilimizin nazirinin kürkünə birə düşüb. Deməli tələm-tələsik mətbuat konfransı keçirdir. Amma təsəvvür edirsiniz, özlərinə yaxın media xaric digərlərinin konfransa qatılmasına icazə vermirlər. Məsələhə “cebhe.info” saytı və “Cümhuriyət” qəzetinə qadağa qoyublar. Bu utanc vericidir hərəkətdir, analoqsuz bir şeydir. Belə rəzalət sadəcə ən geridəqalmış ölkələrdə baş verə bilər. Bu məhz təhsilimizin, təhsil nazirliyinin səviyyəsinə yaraşan hərəkətdir. Bu çoxdan ölmüş təhsilimizin son günlərini yaşayan rəhbərliyinin son çırpınışlarıdır. Nazir panika içərsində, süçluluq psixologyası ilə daha çox yanlışlara yol verir, yəni çırpındıqca batır. Yalnız nazir yox, nazirliyin ən az 90%-i, bütün təhsil ocaqlarının rəhbərliyinin 90%-i dəyişməlidir. Bu olmadıqca normal ölkədən, dövlətdən, cəmiyyətdən danışa bilmərik, hələ gələcək barədə heç düşünməyə dəyməz…

Sosial şəbəkədə onlarla jurnalistin bu addıma etiraz edən mövqeyi ifadə olunub.

↑