YAP Tovuz Rayon Təşkilatının Gənclər Birliyinin hesabat- seçki konfransı keçirilib.
“Rubin.az” xəbər verir ki,Konfransdan əvvəl nümayəndələr Umummilli lidermiz Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət ediblər. Bundan sonra onlar Gənclər Birliyinin konfranslararası dövrdəki fəaliyyətini əks etdirən videoçarxa tamaşa ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
YAP Tovuz rayon təşkilatının Gənclər Birliyinin sədri Nihad Pənahov hesbat məruzəsi ilə çıxış edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Ölkədə yüksək intelektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin formalaşdığını qeyd edən məruzəçi Gənclər Birliyinin hesabat dövründə gördüyü işlər, qazandığı uğurlar barədə məlumat verib.
Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, rayon təşkilatının sədri Məzahir Bayramov , Milli Məclisin deputatı Naqif Həmzəyev, fəal gənclər Yaqub Qasımov, Nigar Ağasəli, Ayşən Əliyeva çıxış edərək, ölkəmizin sosial iqtisadi, ictimai mədəni həyatında gənclərin uğurlarından danışıb, rayon təşkilatı Gənclər Birliyinin fəaliyyini təqdir etməklə yanaşı, qarşıda duran aktual məsələləri diqqətə çatdırıblar.
Konfransda təşkilati məsələlərə baxılıb. Nihad Pənahov yenidən YAP Tovuz rayon təşkilatı GB-nin sədri seçilib. Eyni zamanda şuranın 31 nəfərdən ibarət tərkibi, həmçinin YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr seçilib.