Bakıda 162 nömrəli məktəbin qarşısında Elina Hacıyevanın anım mərasimi keçirilir.
“Rubin.az” xəbər verir ki, mərasimdə paytaxt sakinləri, Elinanın yaxınları, müəllim və şagirdlər iştirak edirlər. Onlar məktəbin girişinə gül dəstələri, oyuncaqlar qoyur, mərhum Elinanın fotolarını düzürlər.
Qeyd edək ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibbi Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib.