Çərşənbə axşamı, 24 Noyabr 2026 09:04:14 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Nepalda 5,3 bal gücündə zəlzələ baş verib24.11.2026 09:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00
Siyasət

Sahil Babayev İcra başçısı ilə birlikdə Ağdaşda ailə təsərrüfatlarına baş çəkdi – Fotolar

11.04.2019 23:55 · 636 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovla birgə bu rayonda aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində yeni yaradılmış ailə təsərrüfatlarına baxış keçiriblər.

“Rubin.az”  xəbər verir ki, yeni təsərrüfatların sahibləri ilə görüşündə S.Babayev prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramının aztəminatlı ailələrin bu və ya digər iqtisadi fəaliyyət növündə kiçik ailə bizneslərini qurmalarına şərait yaratdığını bildirib. Nazir proqram iştirakçılarının bu imkandan düzgün və bacarıqla istifadə edərək, yeni yaradılmış təsərrüfatlarını genişləndirmək istiqamətində səylərini daim artıracaqlarına əmin olduğunu qeyd edib.

Proqram iştirakçıları göstərilən yüksək qayğıya, həmçinin aztəminatlı ailələrin kiçik biznesə sahib olmaları üçün yaradılan şəraitə görə prezidentə dərin minnətdarlıqlarını bildiriblər. Onlar öz təsərrüfatlarını inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.

Ağdaş rayonunda ötən il 66 nəfər işsiz və işaxtaran şəxs özünüməşğulluq proqramına cəlb edilərək, verilmiş aktivlər (mal və materiallar) hesabına kiçik ailə təsərrüfatlarını yaradıb. Onlardan 12 nəfəri əlilliyi olan şəxs, 3 nəfəri sağlamlıq imkanları məhdud uşaqları olan valideyn, 3 nəfəri müharibə veteranı, 2 nəfəri məcburi köçkün, 12 nəfəri gəncdir. Digər vətəndaşlar isə əsasən çoxuşaqllı ailələri olan vətəndaşlardır. Yaradılan təsərrüfatlardan böyük hissəsi heyvandarlıq üzrədir, qalanları isə istehsal və xidmət sahələri kimi formalaşıb.


↑