Çərşənbə, 21 Oktyabr 2026 09:06:58 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00
Hadisə

Arvadının intim videolarını qohumlarına göndərdi – Bakıda biabırçılıq

09.04.2019 22:19 · 1. 669 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Sosial şəbəkələrdə tanış olduğu qızlara hədə-qorxu gəlməkdə ittiham olunan Faiz Bastrakovun məhkəməsi davam edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Samirə Əliyeva (ad-soyad şərtidir) zərərçəkmiş şəxs qismində dindirilib.

O deyib ki, iş axtaran zaman sosial şəbəkədə qarşısına elan çıxıb: “İş üçün müraciət etdim. Feysbukla danışdıq. Yaşımı soruşdu. 20 yaşımın olduğunu dedim. Şəklimi istədi, qəribə gəldi. Çünki normalda işə götürən şəxslər CV istəyir. Dedi, həftədə 175 manat verəcək. Danışığında çox qəribə şeylər vardı. Hiss etdim ki, məqsədi başqadır. Mənə tərbiyəsiz təklif etdi, əsəbiləşib onu söyüb, blokladım. Bir müddət sonra bu şəxslə bağlı sosial şəbəkələrdə xoş olmayan paylaşımlar gördüm. Yazılmışdı ki, iş adı ilə qızlara tərbiyəsiz təkliflər edib. Bir neçə ay sonra polisə dəvət olundum. Orada bu adamın əməllərindən danışdılar. Şikayətçi deyildim. Dedilər, ifadələr formal olaraq lazımdır”.

Məhkəmədə şahid qismində dindirilən Nadir Vəliyev (ad-soyad şərtidir) deyib ki, təqsirləndirilən şəxsin keçmiş qayınatasıdır: “Qızımla boşanandan sonra bizi şantaj eləməyə başladı. Çılpaq şəkillərini, intim videolarını sosial şəbəkələrdə yayacağını deyirdi. Hətta qızımın yaxınlarına həmin video və şəkilləri atırdı. 20 min manat pul istəyirdi. Qızın işini, evini dəyişdik. Yenə tapırdı. Şikayət etmək məcburiyyətində qaldıq. Məqsədi qızımı biabır etmək idi”.

Qeyd edək ki, Faiz Bastrakov feysbuk sosial şəbəkəsində insanlara hədə-qorxu gələrək, pul tələb edərək qızları fahişəliyə cəlb etməkdə təqsirli bilinib və ötən il dekabrın əvvəlində Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən yaxalanıb.

Müəyyən edilib ki, Faiz Bastrakov guya işə götürən şəxs adından sosial şəbəkədə elan verib, qızlara sərfəli iş və yaxşı maaş təklif edib.

Faiz Bastrakov qadınları iş haqda “söhbət” adı ilə aldadıb, tora salıb və onları nikahsız birgə yaşayışa sövq etməyə çalışıb.

O, qadınların bəzilərini feysbukda, bəzilərini telefonda, bəzilərini isə real həyatda danışdırıb, onları şantaj edib.

Faiz Bastrakov Cinayət Məcəlləsinin 129-cu (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma), 182.2.4-cü (zərərçəkmiş şəxsə hədə-qorxu gəlməklə xeyli miqdarda ziyan vurma), 243.1-ci (fahişəliyə cəlb etmə) və 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ilə ittiham elan edilib.

///Bakupost.az

↑