Çərşənbə axşamı, 24 Noyabr 2026 08:30:15 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Siyasət

“Övladlığagötürmədə süründürməçilik baş verməyəcək”-Sahil Babayev

08.04.2019 23:29 · 541 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən,övladlığagötürmə sahəsində hazırlanmaqda olan yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında vurğulayıb. O bildirib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin cari ilin ortalarından tətbiqi nəzərdə tutulur.
S.Babayev övladlığagötürmədəelektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyini deyib. Nazir qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlarıqanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər, süründürməçilik baş verməyəcək.
Nazir valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin təkmil uçotunun formalaşacağını deyib. O qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq,nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılmasıməqsədilə hazırlanmış funksional tələblər əsasında işlər aparılır. Həmin altsistemə inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına dair təkliflər də aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim edilib. Övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin qurulması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, Ailə və Mülki Prosessual Məcəllələrə dəyişiklik layihələri də hazırlanıb.
İclasda övladlığagötürmə sahəsində idarəetmə mexanizminintəkmilləşdirilməsi məqsədilə işçi qrup tərəfindən görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.

↑