Cümə axşamı, 15 Oktyabr 2026 16:49:49 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34 Azərbaycan öz sədrliyi dövründə AQEM-in möhkəmləndirilməsində gözlə görünən nəticələr əldə etdi.15.10.2026 15:00 Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etməyib15.10.2026 12:00 Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib15.10.2026 09:00 Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 21:00 Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib (FOTO)14.10.2026 18:00 Vahid məktəbli geyiminin tərəfdarıyam – Eldar Mansurov14.10.2026 15:00 Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyalar ödənildi14.10.2026 12:00 44 günlük Vətən müharibəsinin xronikası: 14 oktyabr14.10.2026 02:34
Təhsil

Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib

04.04.2019 23:05 · 551 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

 

Aprelin 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yevlax şəhəri Nizami adına 7 nömrəli tam orta məktəbdə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Yevlax rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Fariz Mədətov, Yevlax şəhəri Nizamı adına 7 nömrəli tam orta məktəbin direktoru Ülviyyə Ağayeva, məktəbin müəllim və yuxarı sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Ülviyyə Ağayeva xüsusilə gənclərin radikal meyillərdən qorunması, yad təsirlərin onların həyatına sirayət etməməsi üçün milli-mənəvi dəyərlərimizin düzgün təbliğinin əhəmiyyətindən söz açıb. Bununla yanaşı, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin vacibliyini qeyd edən Ülviyyə Ağayeva mövzu ətrafında geniş çıxış edib.

DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev radikal şəxslərin xüsusilə təhsili olmayan və özünü cəmiyyətdə təsdiq edə bilməyən insanlar olduğunu vurğulayaraq, gənclərin təhsil almasının vacibliyini qeyd edib. Radikalizmə qarşı mübarizədə valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edən Natiq Əfəndiyev gənclərin milli-mənəvi dəyərlər və adət-ənənələri özündə ehtiva edən prinsiplər əsasında tərbiyə olunmasının vacibliyini bildirib.

Tədbirdə çıxış edən Yevlax rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Fariz Mədətov Azərbaycanın demokratik, hüquqi və dünyəvi respublika olduğunu qeyd edərək, hüquq mühafizə orqanları tərəfindən dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən bəhs edib.

Daha sonra çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli və məktəbin tarix müəllimi Ceyran Məmmədova Azərbaycanda tarixən müxtəlif dinlərin nümayəndələrinin qardaşlıq və dözümlülük prinsipləri əsasında ibadətlərini yerinə yetirdiklərini qeyd ediblər.

Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.

 

↑