Çərşənbə, 21 Oktyabr 2026 10:56:07 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
21 Oktyabr 2026
SON XƏBƏRLƏR
Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00 Bakının bu ərazilərində işıq olmayacaq21.10.2026 09:00 Zəngilan Şəhəri Günü çərçivəsində fotosərgi və ustad dərsləri təşkil olunub (FOTO)20.10.2026 21:00 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir20.10.2026 18:00 Azərbaycanda hava pisləşəcək, sel gözlənilir20.10.2026 15:00 Bakı metrosu xüsusi rejimdə işləyəcək20.10.2026 12:00 Zəngilan işğaldan azad olunmasının altıncı ildönümünü böyük nailiyyətlərlə qarşılayır20.10.2026 09:00 Sürix–Şanxay təyyarəsi Bakıya məcburi eniş edib19.10.2026 21:00 Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana gedərkən tutuldu, Azərbaycana gətirildi19.10.2026 18:00 UNEC tələbələri “TransportTech” hakatonunda I yeri qazanıblar19.10.2026 15:00 Məktəb direktorunun avtomobilini yandıran daha bir şəxs tutuldu (VİDEO)19.10.2026 12:00 Bakının bu ərazisində işıq olmayacaq19.10.2026 09:00 Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib (FOTO)18.10.2026 21:00
Hadisə

Oteldə sevgilsini öldürən “zek”: “Necə vurduğumu xatırlamıram”

01.04.2019 23:48 · 597 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Abşeron rayonunda oteldə sevgilisini öldürməkdə təqsirli bilinən 35 yaşlı Nəriman Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Rubin.az”  Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Nəriman Əliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, qətlə yetirdiyi Aysel Orucova ilə “Oskar” otelində birlikdə olan zaman qadınla mübahisə edib. Mübahisə zamanə Aysel onu təhqir edib: “Mən də ona hirsəndim, özümdən çıxdım. Onu necə vurduğumu xatırlamıram, həmin zaman özümdə deyildim. Ayılanda gördüm ki, Aysel xırıldayır”.

Növbəti proses aprelin 8-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 23-də Abşeron rayonunun Fatmayı kəndi ərazisindəki “Oskar” otelində Ucar rayon sakini, 21 yaşlı Aysel Orucova bıçaqlanaraq öldürülüb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli münaqişə zəminində törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər qəsdən adam öldürməyə cəhdə görə məhkum olunmuş Nəriman Əliyev saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, 21 yaşlı Aysel Orucovanın 35 yaşlı Kürdəmir sakini Nəriman Əliyev tərəfindən qətlə yetirilməsi qısqanclıq zəminində baş verib.

Nərimanla Aysel bir müddət əvvəl tanış olub və onların arasında sevgi münasibəti yaranıb.

Bu müddətdə cütlük bir neçə dəfə görüşüb. Son görü. sentyabrın 23-də Fatmayıdakı oteldə olub.

Nəriman qeyri-rəsmi münasibətdə olduğu gənc qızı növbəti dəfə “Oskar” otelə gətirib və otaqda olarkən Nərimanla Aysel arasında mübahisə baş verib.

Aysel Orucova Ucar rayonunun Qaradağlı kəndində anadan olub və uzun müddət orada yaşayıb. Bir neçə il əvvəl valideynləri boşandıqdan sonra anası ilə birlikdə Bakı şəhərinə gəlib.

Məlumata görə, hadisə baş verən günü Aysel Pirşağa qəsəbəsindəki “Qala Klub” deyilən məkanda Nərimanla əyləndikdən sonra “Oskar” otelinə gedib.

Şübhəli şəxs polisə verdiyi ifadəsində hadisəni Aysel Orucovanın ona yalan danışdığına görə törətdiyini bildirib.

İstintaq orqanı tərəfindən Nəriman Əliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

↑