Çılpaq qızların videosuna görə saxlanılan Valeh İsrafilov xalq artisti Mələkxanınm Əyyubovanın qardaşı oğlu, müğənni Ramal İsrafilovun isə qardaşıdır.
“Rubin.az” Qafqazinfo-ya istinadən xəbər verir ki, Valeh İsrafilovun qardaşı Vüsal İsrafilov Unikal.org-a açıqlamasında bildirib ki, onu lüt qızları videoya çəkən Cahid Kərimovla qardaşı tanış edib:
“Biz özümüz də dünən eşidib, şoka düşmüşük. Xəbəri sosial şəbəkələrdə paylaşıb səhvən mənim şəklimi verirlər. Ancaq yazılanlar doğrudur. Mənim qardaşımla Cahid dost olublar. Qızlarla da onu mənim qardaşım tanış edib. Cahid özü ailəlidir, bildiyim qədər övladı da var. Başımıza gələnlərin hamısı onun bu səhv addımına görədir. Deyəsən bu hadisəyə görə qardaşımı da polisə çağırıblar.
Qaldı ki, qızlarla qardaşım Valehin tanışlığına, kişidir yəqin ki, hansısa məclisdə tanış olublar. Bu məsələ ictimailəşəndən sonra qardaşımla əlaqə saxlaya bilməmişik”.