Almaniya kansleri Fridrix Merz Avropa Komissiyasının 2028–2034-cü illər üçün təklif etdiyi çoxillik büdcə planını maliyyə baxımından qəbuledilməz saydığını və onun azaldılmasını tələb etdiyini bildirib.
Merz bu fikri Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştayla birgə mətbuat konfransında bildirib və Komissiyanın təklifinin əvvəlki dövrlə müqayisədə xərclərin 60 faiz artırılmasını nəzərdə tutduğunu qeyd edib.
Kanslerin sözlərinə görə, təklif olunan xərclər bütün maliyyə dövrü üzrə “bir neçə yüz milyard avro” azaldılmalıdır və bu ixtisarların bütün sahələri əhatə etməsi lazımdır.
Mənbə: apa.az





