ABŞ Quru Qoşunları noyabr ayında Nyu-Meksiko ştatındakı White Sands poliqonunda aşağı qiymətli pilotsuz uçuş aparatları (PUA) və ballistik raket əleyhinə sistemlər üzrə müsabiqə formatlı sınaq atışları keçirməyi planlaşdırır, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin yazdığına görə, sınaqların nəticələri əsasında ilin sonunadək müvafiq sistemlərin istehsalçıları ilə müqavilələrin bağlanması nəzərdə tutulur.
ABŞ Quru Qoşunlarının general-leytenantı Frenk Lozano bildirib ki, oxşar müsabiqə tipli sınaqların 2027-ci ilin üçüncü və 2028-ci ilin dördüncü rübündə də keçirilməsi gözlənilir.
Bloomberg qeyd edir ki, təşəbbüs Pentaqonun ənənəvi yanaşmasından müəyyən dərəcədə fərqlənərək daha ucuz və kütləvi istehsal oluna bilən müdafiə sistemlərinə yönəlmə məqsədini daşıyır.
Mənbə: apa.az





