Skip to content
Avqust 31, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Qənirə Paşayeva yayılan videodan danışdı: “Bu nə dəhşətdir, ilahi”
  • Gündəm

Qənirə Paşayeva yayılan videodan danışdı: “Bu nə dəhşətdir, ilahi”

rubinroot Mart 31, 2019
download (2)

Qənirə Paşayeva “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı öz fikrini bildirib.
Qənirə Paşayeva sosial şəbəkədə gənclər tərəfindən paylaşılan və trend olaraq adlandırılan “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı fikirlərini sosial şəbəkədə paylaşaraq bunu dəhşət adlandırıb.

Xanım millət vəkili həmkarı Fazil Mustafaya dəstək olduğunu və özünün də bu mahnı ilə bağlı aididyyatı orqanlara müraciət edəcəyini deyib: “Bu nə dəhşətdi İlahi? Bu adamlar gerçəkdən nə oxuduqlarının, nəyə oynadıqlarının, bu hərəkətləri ilə nəyi təbliğ etdiklərinin fərqində deyillərmi? Həmkarım Fazil Mustafanın Daxili İşlər Naziri və Baş Prokurora bu mahnı, bu videolarla bağlı müraciətini tamamilə dəstəkləyirəm və qoşuluram. Mən də bununla bağlı rəsmi qurumlara müraciət edəcəm.

Bu videoların uşaqlar və yeniyetmələr üçün nə qədər zərərli bir təbliğat olmasının görəsən bu videolara çəkilən, çəkən və yayan adamlar, onların ailəsi, yaxınları gerçəkdən fərqində deyillərmi? Çox düşündürücü və narahatverici bir məsələdir.

Çox üzüldüm, üzüntü və ciddi narahatlıqla izlədim. Təssüf… Amma bu cür videolara, narkomaniyanı təbliğ edənlərə qarşı ciddi addımlar atılmalıdır. Tədbirlər görülmıldir. Bu videoları bəyənənlərə isə sadəcə deyilıəcək sözüm yoxdur. Çox təssüf… Böyüyən uşaqlarımızı düşünün bu addımı atmazdan əvvəl. Üzüntüvericidir. Tezliklə yığışdırılması lazımdır bu videoların”.

Qeyd edək ki, millət vəkili Fazil Mustafa “Kazbekə şey basım fırranım” mahnısı ilə bağlı Baş Prokuror Zakir Qaralova və Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.(azxeber.com)

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Bu ölkədə ilk dəfə qadın prezident oldu – Gözəlliyi ilə gündəmdədir+Fotolar
Next: Nazirlik qızların videosu ilə bağlı rəsmi açıqlama yaydı

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.