Sentyabrın 4-də Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında qanunsuz saxlanılan odlu silah-sursat aşkar edərək götürüblər.
Aparılan əməliyyatlar zamanı 2 avtomat silah, 1 tapança, 1 qumbaraatan, 1 qumbara, 6 tüfəng, 4 patron darağı və 70 ədəd müxtəlif çaplı patron tapılıb və götürülüb.
DİN-in Mətbuat xidmətinin yaydığı məlumata görə, əməkdaşlar qanunsuz odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirləri davam etdirirlər.
Mənbə: apa.az





