ABŞ administrasiyası İrana qarşı müharibənin başa çatmasından sonra Yaxın Şərqdə həyata keçiriləcək fəaliyyət strategiyası üzərində işləyir, məlumat “Axios” portalına istinadən verilib.
Planın əsas istiqamətlərindən biri İranı çəkindirmək və regiondakı müttəfiqlərdən ibarət birlik formalaşdırmaqdır; ABŞ bu birliyin təminatçısı kimi çıxış etməyi nəzərdən keçirir.
Sənədlərdə Qəzza zolağında münaqişənin nizamlanması planının növbəti mərhələsinə keçmək, Suriya ilə İsrail arasında sülh razılaşması və İsrail-Livan razılaşmalarının icrası imkanlarının nəzərdən keçirilməsi göstərilir.
Həmçinin ABŞ İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşmasına çalışır.
Axios xəbərində planın hələ ilkin mərhələdə olduğu və işin həm ali siyasi rəhbərlik səviyyəsində, həm də bir sıra dövlət qurumlarının texniki səviyyədə aparıldığı bildirilir.
Mənbə: apa.az





