Gəncə şəhərinin Bağmanlar küçəsində ümumi sahəsi 310 m² olan ikimərtəbəli fərdi yaşayış evində yanğın baş verib. Hadisə barədə məlumat Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub və dərhal Gəncə Şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.
Yanğın birinci mərtəbədə başlayıb. Yanğınsöndürənlərin müdaxiləsi sayəsində alov digər mərtəbəyə yayılmadan qısa müddətdə söndürülüb; bir otağın yanar konstruksiyaları 55 m² sahədə zədələnib.
Hadisə nəticəsində fərdi yaşayış evinin 50 m² hissəsində yanğının qarşısı alınmış, evin 205 m² hissəsi yanğından mühafizə olunub. Evin bitişiyində yerləşən 150 m² sahəli ərzaq mağazası da yanğından mühafizə edilib.
Yanğın zamanı xəsarət alan olmayıb. Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə: apa.az





