Yaponiyanın Meteorologiya Agentliyi bu gün Fukui prefekturasının bəzi əraziləri üçün güclü yağışla bağlı xəbərdarlıq elan edib. Agentliyin məlumatına görə, Fukui, Ono və Katsuyama şəhərlərində əvvəlcə 5-ci səviyyə xəbərdarlıq verilib; daha sonra səviyyə 4-ə endirilib, lakin bu, hələ də sakinlərin təhlükə olan əraziləri tərk etməli və təxliyə olunmalı olduqları mənasını verir.
Güclü yağışlar torpaq sürüşməsi və su basması ilə nəticələnib; bunun səbəbindən yollarda nəqliyyatın hərəkəti məhdudlaşıb, evlər və yollar su altında qalıb, çaylarda suyun səviyyəsi yüksəlib.
Beş bələdiyyədə təxminən 111 min nəfərə təxliyə olunmaq çağırışı edilib. Sakai şəhərindəki bənddən əlavə su tutumu yaratmaq məqsədilə suyun təcili buraxılması nəzərdən keçirilir.
Bazar günü səhərədək Katsuyama, Sakai və Fukui şəhərlərində yağıntı 300 millimetrdən çox olub. Atmosfer şəraiti qeyri-sabit qalacağı üçün bazar günü Yaponiyanın qərbindən şərqinə qədər geniş ərazidə güclü yağışlar proqnozlaşdırılır; Hokuriku regionunda 24 saat ərzində 120 millimetrədək, Çuqoku regionunda isə 80 millimetrədək yağış gözlənilir.
Mənbə: apa.az





