Kanadanın baş naziri Mark Karni ABŞ-la ölkəsi arasında ticarətdə tariflərin tətbiqi nəticəsində “ticarət müharibəsi” yarandığını bildirib.
Karni bunu keçirdiyi mətbuat konfransında söyləyib və ABŞ-ın Kanadaya tətbiq etdiyi tarifləri bu vəziyyətin əsas elementi kimi qeyd edib.
Baş nazir Kanadanın bu vəziyyətdən daha güclü və daha birləşmiş şəkildə çıxacağını vurğulayıb.
O, həmçinin Ottavanın xarici ticarət əlaqələrini şaxələndirməsinin vacibliyini deyib və ABŞ administrasiyasının yaxın müttəfiqlərə qarşı tarif siyasətini göstərib.
Mənbə: apa.az





