Fransa yaxın günlərdə iki İran diplomatını ölkədən çıxaracaq. Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro məlumat verib.
Nazir bildirib ki, bu addım Tehrandakı Fransa diplomatik nümayəndəliyinin iki əməkdaşının saxlanmasına cavabdır.
İyulun 19-da İranda iki fransız diplomat polis tərəfindən bir neçə saat saxlanılıb, dindirilib və onlardan birinə qarşı pis rəftar edildiyi bildirilir; sonradan onlar azad edilərək Fransaya qaytarılıblar.
Barro bu hərəkətləri “qəbuledilməz” adlandırıb və nəticələrinin olacağını vurğulayıb.
Trend-in məlumatı deyililsə də, APA xəbər agentliyinə istinadən verilən açıqlamada planlaşdırılan geri çağırışın yaxın günlərdə həyata keçiriləcəyi bildirilir.
Mənbə: apa.az





