Trend-in təhlili: “The Washington Post” Pentaqonun İranla münaqişə sona çatdıqdan sonra Yaxın Şərqdəki hərbi mövcudluğunu azaltma variantını nəzərdən keçirdiyini yazıb.
Qəzetə istinadla bildirilir ki, nəzərdən keçirilən tədbirlər əsasən Fars körfəzi ölkələrində, son aylarda İranın hücumlarına məruz qalmış bəzi ABŞ hərbi bazalarına aiddir.
Mənbələr Pentaqonun bəzi zədələnmiş bazaların bərpasından imtina etməyi qiymətləndirdiyi barədə məlumat veriblər.
Həmçinin vurğulanıb ki, indiki mərhələdə söhbət Yaxın Şərqdəki bütün hərbi mövcudluğun tamamilə yenidən nəzərdən keçirilməsindən getmir; tədbirlər daha məhdud və konkret obyektlərlə bağlıdır.
Mənbə: apa.az





