İngiltərədə Community Shield finalında “Arsenal” və “Mançester Siti” üz-üzə gəlib. Apasport.ax xəbər verir ki, görüş 3:0 hesabı ilə “Arsenal”ın xeyrinə başa çatıb.
Hesabı ilk dəqiqədə Rikkardo Kalaflyori açıb. Sonrakı epizodlarda Kai Havertz komandasının üstünlüyünü iki topa çatdırıb.
İkinci hissədə Martin Odeqard keçirilən matçda qələbəni rəsmiləşdirən qol vurub və görüş 3:0 hesabı ilə başa çatıb.
Bu nəticə ilə “Arsenal” Community Shield-in qalibi olub.
Mənbə: apa.az





