ABŞ Prezidenti Donald Tramp müharibə naziri Pit Heqsetə Cənubi Koreya ilə birgə hərbi təlimlərin miqyasını əhəmiyyətli dərəcədə azaltmağı tapşırıb. APA xəbər verir ki, Tramp təlimlərin bahalı olduğunu və Şimali Koreyaya düşməncəsinə siqnal göndərdiyini bildirib.
Tramp bildirib ki, təlimləri artıq tam ləğv etmək üçün gecdir, ona görə onların miqyası azaldılacaq. Tapşırıq müharibə naziri Pit Heqsetə ünvanlanıb.
O, həmçinin qeyd edib ki, Şimali Koreya onun prezidentliyi dövründə ABŞ üçün təhlükə yaratmayıb və Pxenyanla münasibətlərdə hörmət olub.
Mənbə: apa.az





