The Washington Post yazır ki, Fars körfəzi ölkələrində ABŞ-ın İran siyasətindən narazılıq artıb. Mənbəyə görə, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Küveyt və Bəhreyn hökumətləri Vaşinqtonun İranla sülhə nail olmaq üçün kifayət qədər diplomatik addım atmadığından narahatdırlar.
Mənbə bildirir ki, bu narazılıq bəzi hökumətləri ABŞ-ın ərazilərində böyük hərbi obyektlərin yerləşdirilməsinin məntiqi və məqsədəuyğunluğu barədə daxili müzakirələr aparmağa sövq edib.
Bununla yanaşı, The Washington Post qeyd edir ki, Fars körfəzi ölkələri təhlükəsizlik sahəsində ABŞ-ı əsas tərəfdaş və böyük silah tədarükçüsü kimi qəbul etməyə davam edirlər.
Mənbə: apa.az





