Tovuz rayonunda güclü yağış nəticəsində Zəyəm çayındakı avtomobil körpüsü dağılaraq İsəkənd kəndinin rayon mərkəzi ilə yol əlaqəsini kəsib.
Hadisə rayon ərazisində baş verib; ilkin məlumata görə, körpü dağılanda xəsarət alan olmayıb.
Bu gün yağan güclü yağış Zəyəm çayında sel səviyyəsinin kəskin yüksəlməsinə səbəb olub. Hazırda qərb bölgəsinin ucqar rayonlarında qeyri-sabit hava şəraiti davam edir.
Mənbə: apa.az





