Ukrayna rəhbərliyinin Belarus Prezidenti Aleksandr Lukaşenkoyla görüşünü müəyyən şərtlər daxilində istisna etmədiyini Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yaroslav Çernoqor bildirib.
Çernoqor “Azadlıq Radiosu”na müsahibəsində qeyd edib ki, əgər müharibə şəraitində insan itkilərinin sayını azaltmaq və ya döyüş əməliyyatlarını dayandırmaq üçün Ukrayna Prezidentinin və ya ölkənin hər hansı dövlət məmurunun qarşı tərəfin nümayəndəsi ilə görüşməsi zəruri olacaqsa, belə addımlar atılacaq.
O bildirib ki, qərarlar Ukraynanın maraqları və mövcud vəziyyətin reallığı əsasında veriləcək.
Mənbə: apa.az





