Ağ Evin mətbuat katibi Kerolayn Livitt ayın sonunda vəzifəsini tərk edəcək. ABŞ Prezidenti bunun səbəbi kimi Livittin ailəsi və azyaşlı uşaqları ilə daha çox vaxt keçirmək istədiyini bildirib.
Prezidentin “Truth Social” hesabında verdiyi açıqlamada Livittin bundan sonra onun xarici məsələlər üzrə əsas məsləhətçilərindən biri olacağı qeyd olunub.
Prezident Kerolayn Livittin 2018-ci ildən etibarən Ağ Evdə çalışdığını və onun xidmətlərini tərifləyib, Livitti Ağ Evin tarixində ən yaxşı mətbuat katiblərindən biri adlandırıb.
Konkret istefa tarixi açıqlanmamış, yalnız ayın sonunda vəzifəni tərk edəcəyi bildirilib.
Mənbə: apa.az





