Cümə axşamı, 15 Oktyabr 2026 09:35:13 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

BDU-nun yeni rektorundan tələbəyə qarşı maraqlı addım – Video

30.03.2019 14:15 · 1. 016 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev maraqlı addım atıb.

“Rubin.az” xəbər verir ki,“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı sosial şəbəkələrdə yayılan videodan görünür ki, rektor bufetdə ad günü keçirilən masaya yaxınlaşaraq təbriklərini çatdırıb. Tələbələrlə birgə tort dadmaq istədiyini deyən Elçin Babayevə tortun hələ yolda olduğu deyilib.

Rektor otağına qayıdandan sonra doğum gününü qeyd edən tələbə şirnini Babayevin otağına göndərib.

Bundan sonra isə BDU rektoru yenidən bufetə enib və həmin tələbəyə şokolad hədiyyə edib. O, hədiyyəni tələbəyə uzadan zaman “bahalı şeydir e bu” zarafatını da edib.

Rektor tələbənin alnından öpərək, ona uğurlar arzulayıb.

↑