Martın 29-i Göyçay rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Ülkər Məlikzadə Göyçay rayon Rəsul Rza adına 1 saylı tam orta məktəbin 8-ci sinif şagirdlərinə 31 Mart- azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Tarixin qan yaddaşı” mövzusunda mühazirə söyləmişdir.
“Rubin.Az” xəbər verir ki,o, öz çıxışında 1918-ci ili n mart ayından etibarən əks-inqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandığını və həmin günlərdə ermənilərin törətdikləri cinayətlərin Azərbaycan xalqının yaddaşına əbədi həkk olunduğunu vurğulayıb.