Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə ümumilikdə 400-dən artıq məhkum azadlığa çıxdı. Əfv olunanların içərisində keçmiş səhiyyə naziri Əli İnsanov da var. Qeyd edək ki, keçmiş səhiyyə naziri Əli İnsanov 1993-cü ildən 2005-ci ilə qədər sözü gedən postda əyləşmişdi.
Sabiq nazir 2005-ci ilin oktyabr ayında hakimiyyəti zorla əldə etmək maddəsi ilə 11 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 2016-cı ildə Əli İnsanova həbsxanada satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlaması səbəbindən cinayət işi açılıb və həbs müddəti uzadılmışdı.
Sabiq nazir 2005-ci ildə həbs olunan zaman çoxlu sayda mal-mülk sahibi olduğu ortaya çıxmışdı. Əli İnsanovun evinə baxış zamanı külli miqdarda qızıl külçələr aşkarlanaraq götürülmüşdü. Əli İnsanovun azadlığa çıxdığı gün təcridxana önündə verdiyi açıqlamalarla gündəmi dəyişməyə çalışdı. Sabiq nazir əfv olunmasında qərb ölkələrinə və “böyük Amerkaya” borclu olduğunu iddia etməklə yanaşı, ironik bir şəkildə müxalifəti də aşağıladı. “Bilmək olmaz onlar mən birləşəcək, yoxsa mən onlara” deyən Əli İnsanov nazir olduğu dönəmlərdə də müxalifətə qarşı sərt ritorikası ilə seçilirdi. Əli İnsanovun öz siyasi mövqeyini nazir işlədiyi zamanlarda açıq şəkildə biruzə vermiş, dəfələrlə Azərbaycanda heç bir müxalifətin olmadığını, Prezident İlham Əliyevin daxili və xarici siyasət yürütdüyünü söyləmişdi .
Sabiq nazir həbsxana önündə əlinə düşmüş fürsəti dəyərləndirərək guya “demokratiya uğrunda” mübarizə aparacağı mesajını göndərdi. Təbii ki, heç kəsə sirr deyil ki, Əli İnsanovun bu fikirlərinin başlıca səbəbi müxalifət içində liderliyi əldə etməkdir. Əli İnsanovun “bilmək olmaz, bəlkə də müxalifət mənə qoşuldu” sözü aydın şəkildə liderlik istəyinin olmasına nümunədir. Sabiq nazirin demokratiya və xalq sevgisi isə yalnız gülüş doğura bilər. Çünki indi demokratiya haqqında düşünən Əli İnsanov nazir işlədiyi müddətdə Azərbaycan səhiyyəsinin qatili kimi yadda qaldı. Onun yarıtmaz fəaliyyəti nəticəsində neçə uşaqlar valideyinsiz, neçə evlər böyüksüz qalmalı oldu.
Əli İnsanov azadlığa çıxan zaman təkcə verdiyi müsahibələrlə deyil, həm də əynində olan libası ilə yaddaşlarda qaldı. Sosial şəbəkədə Əli İnsanovun azadlığa çıxdığı an əynində olan libasların müzakirəsini apardı. Müzakirələrdən sonra ekspert qiymətləndirməsinə əsasən, sabiq nazirin əynindəki ilibasların qiymət ardıcıllığı bu civarda öz əksini tapırdı. Palto “Valentino”- 3500 dollar, şərf “Lardini” – 350 dollar, papaq “Rockford” 253 dollar. Bu qiymətlər sabiq nazirin əynindəki libasın qiymətinin təxminin 4103 ABŞ dollar dəyərində olduğunu sübut edir. 14 illik həbs həyatı yaşayan adamın bu dəyərdə olan libaslarla azadlığa çıxması təbii ki, hər kəsə qeyri-adi görünür.
Qısası, Əli İnsanov kimi korrupsiyaya bulaşmış bir nazirin yenidən revanş götürə biləcəyi və xalqdan dəstək alma imkanları yoxdur. Eləcə də digər müxalifət nümayəndələrinin. Azərbaycan xalqı öz mövqeyini müəyyənləşdirərək, dəstəyini prezident İlham Əliyvə verib!
Coşqun Abdullayev
Avropa.info