Çərşənbə axşamı, 24 Noyabr 2026 07:23:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Gündəm

“Şərurlu İsfəndiyar 100 min pul istədi” – Evi alınan şəhid xanımı

29.03.2019 15:03 · 652 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Aprel şəhidi Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova Şərurlu İsfəndiyarın onun ailəsinə məxsus olan evi əlindən almasından danışıb.

“Rubin.az” xəbər verir ki,N. Axundova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ali Məhkəmənin ötən gün çıxardığı ədalətsiz qərardan ölkə rəhbərliyinə müraciət edib: “Çünki söhbət inşaat maqnatı Şərurlu İsfəndiyar və şəhid ailəsindən gedir. Burada iki qonşunun sadə pay bölüşdürməsi məsələsindən bəhs edilmir. Bu ağırlığı hiss edirsinizmi? O da bilir ki, burada şəhid ailəsindən söhbət gedir. Ancaq birmənalı qeyd edir ki, biznesmendir və bu, onun biznes siyasətidir.

Dünənki prosesi hakim Əsəd Mirzəliyev aparırdı. Məhkəmədə onlar hər şeyin hüquq və qanun çərçivəsində həll olunmağına tərəfdar olduqlarını bildirdilər. Hətta çıxışlarına qeyd edirdilər ki, yalnız hüquqdan və qanundan danışaq. Əlavə heç bir rəy deməməyimizi tələb edirdilər.

Hakim Əsəd Mirzəliyev dəfələrlə vurğulayırdı ki, haqqımızda məlumat materialda var. Bunu deməyə ehtiyac yoxdur. Dedim ki, anlamıram, mənzilin mənim pulumla tikildiyini vurğulamalı deyiləm? Bunu demək sizi narahat edirmi? Yəni, bir sözlə, məhkəməyə girəndə hər şey bəlli  idi. Bizi dinləməməyə, söz verməməyə çalışırdılar. İsfəndiyarın vəkili Ramiq Axundov bizə qarşı çox böyük hörmətsizlik etdi. Dedi ki, şəhid ailəsinin məhkəməyə və onlara heç bir aidiyyatı yoxdur.

Mən ona sual verdim ki, siz bunu hamının, Ali Məhkəmənin qarşısında utanmadan, çəkinmədən deyirsiniz? Bəs, bu məhkəmədən, xalqdan, dövlətdən ötrü bu gün məhkəmə fəaliyyət göstərsin, qanun yerinə yetirilsin deyə mənim yoldaşım kimi oğlan gedib canından keçib. Dedi ki, bəli, mən öz sözümün üstündə dururam. Bu çox böyük hörmətsizlikdir. O, Şərurlu İsfəndiyarın mövqeyini bildirirdi”.

Şərurlu İsfəndiyar

N. Axundova vurğulayıb ki, dövlətdən, ya da Şərurlu İsfəndiyardan artıq heç nə istəmir: “ Pul verdiyimiz evi istəyirik. Onu da İsfəndiyar bizə vermir. Çünki o evin ikiqat pulunu bizdən istəyib. Biz 53 min pul ödəmişdik, 11 min borcumuz qalmışdı. Əvvəl bizdən 100 min, sonra 53 min pul istədi. Biz isə razılaşmamışıq. Bina təhvil veriləndən sonra, sakinlərdən ikiqat pul istədi. 76 ailə onunla razılaşdı. Kim ki razılaşdı müqaviləni yeniləyib kupçanı payladı. Kim ki, onun  istədiyi məbləği vermədi, onları məhkəmələrdə süründürməyə başladı. İndi biz Ali Məhkəmədə kassasiya şikayətinə bir müraciəti də əlavə etmişdik ki, eyni vəziyyətdə olan vətəndaş Məhkəməyə müraciət edərək Şərurlu İsfəndiyarı udub.  İsfəndiyar vətəndaşı Apellyasiya Məhkəməsinə verib.  Yenidən həmin sakin Ali Məhkəməyə verib, Ali Məhkəmə vətəndaşın tərəfində durub. Ancaq bizim situasiyada Ali Məhkəmə  Apellyasiyanın qərarını qüvvədə saxladı. Halbuki eyni şirkət, eyni bina, eyni müqavilədən söhbət gedir. Bizdə isə müqaviləni bəhanə etdilər. Dedilər ki, guya müqaviləniz saxtadır. O zaman siz bu saxta müqavilə ilə iki il bundan əvvəl başqa bir vətəndaş haqqında Apellyasiya Məhkəməsinin verdiyi qərarı ləğv etmisiniz və vətəndaşın xeyrinə qərar çıxarmısınız. Onda belə çıxır ki, özünüz özünüzü təkzib edirsiniz?!. İkincisi, İsfəndiyarla  razılaşan 76 ailəyə həmin müqavilə ilə “kupça” verilib. Necə olur ki, onda o müqavilə saxta olmadı?!

Başqa yerdə bu cür iri inşaat şirkətləri şəhid ailələrinə mənzillərin açarlarını özləri verirlər ki,  biz milyonlar qazanırıq, oğullarımız isti evin içində oturub əsgərliyə də getmirlər. Amma sizin həyat yoldaşınız, ya oğlunuz gedib şəhid olub, canından keçib.  Ancaq bunlar bizim özümüzkünə sahiblənirlər”.

↑