Dövlət Təhlükəsizliyi Xidməti milli maraqlarımızın və təhlükəsizliyin etibarlı təminatı istiqamətində uğurlu fəaliyyəti ilə tarixinin şərəfli səhifələrini yazır, Vətənin və xalqın təhlükəsizliyinin qorunmasında müstəsna xidmətlər göstərir.
Tədbir iştirakçıları əvvəlcə şəhərin Heydər parkında ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad ediliblər.
Heydər Əliyev mərkəzində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başlandı sonra Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə videoçarx nümayiş olundu.
Azərbaycan təhlükəsizlik orqanlarında çalışanları əlamətdar gün və 100 illik yubiley münasibətilə təbrik edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı cənab Mehdi Səlimzadə bildirib ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti ölkəmizdə sabitliyin və təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizənin düzgün aparılmasında uğurla fəaliyyət göstərir.
Sonra Dövlət Təhlükəsizliyi Xidməti Göyçay rayon şöbəsinin rəisi Kamal Nəbiyev Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyi ilə bağlı məruzəsi dinlənilib.
Qeyd olunub ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin kəşfiyyat və əks-kəşfiyyat qurumu kimi yaradılan xüsusi bölmə öz fəaliyyətinə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının və azərbaycanlılara qarşı soyqırımı siyasətinin, ölkə daxilində müxtəlif təxribatların qarşısının alınması ilə başladı.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyev təhlükəsizlik orqanlarına rəhbərlik etdiyi dövrdə xüsusi xidmət orqanlarının Azərbaycanın gələcəyinə hesablanmış milli təməllər üzərində formalaşdırılması, xalqımızın milli maraqlarının qorunması məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirib. Ulu Öndər ölkəmizin milli maraqlarının qorunmasında təhlükəsizlik orqanlarının əhəmiyyətini nəzərə alaraq onların fəaliyyətinə daim xüsusi diqqət və qayğı ilə yanaşıb, eyni zamanda, müstəqil Azərbaycanın dövlət təhlükəsizlik siyasətinin əsas prioritetlərini müəyyən edib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1997-ci il martın 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Bu gün təhlükəsizlik orqanları Azərbaycanın siyasi-iqtisadi maraqlarının təmin olunmasında, Konstitusiya quruluşunun qorunmasında, kəşfiyyat və əks-kəşfiyyat, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə və digər sahələrdə mühüm nailiyyətlər əldə edib.
Tədbirdə çıxış edən natiqlər Dövlət Təhlükəsizliyi Xidməti orqanlarının əməkdaşlarına əlamətdar gün münasibətilə təbriklərini çatdırıblar.
Sonda Dövlət Təhlükəsizliyi Xidməti Göyçay rayon şöbəsinin bir qrup əməkdaşına Göyçay Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.