Bazar, 29 Noyabr 2026 19:34:10 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
29 Noyabr 2026
SON XƏBƏRLƏR
Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00 Azərbaycan və Peru arasında konsulluq məsləhətləşmələri keçirilib29.11.2026 18:00 Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın yekunlarına həsr olunmuş paylaşım edib29.11.2026 15:00 Ağcabədidə 100 ildən artıq yaşı olan binada yanğın baş verib (FOTO)29.11.2026 12:00 Ermənistan parlamentindəki müxalifət konstitusiya referendumunun keçirilməsini dəstəkləməlidir – Paşinyan29.11.2026 09:00 Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib (FOTO)28.11.2026 21:00 Gələn ildən ƏDV hesabındakı vəsaitlər sosial müdafiə fonduna da köçürülə biləcək28.11.2026 18:00 Borclu olduğu adamın velosipedini oğurlayıb sataraq borcunu qaytardı28.11.2026 15:00 Ötən gün 57 cinayətin üstü açılıb28.11.2026 12:00 Lökbatanda yol qəzası: avtomobil piyada səkisinə çıxıb28.11.2026 09:00 Yevlaxda 74 yaşlı kişinin meyiti evində tapıldı27.11.2026 21:00 Neftçalada balıqartırma zavodu özəlləşdirilib27.11.2026 18:00 “Sülh körpüsü”nün üzvləri Ermənistan xarici işlər nazirinin müavini ilə görüşüblər (FOTO/VİDEO)27.11.2026 15:00
Gündəm

Rusiya məhkəməsi “Moskva” kreyserində ölənlərin sayını açıqlayıb

22.01.2026 22:08 · 8 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Rusiya məhkəməsi Ukrayna Ordusunun raketlə vurduğu “Moskva” kreyserində ölənlərin sayını açıqlayıb.

APA Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya hərbi gəmisinin batması işi üzrə 2-ci Qərb Dairəsi Hərbi Məhkəməsinin qiyabi hökmündə məlumat verilib.

Qeyd olunub ki, kreyserin 20 heyət üzvü partlayış, yanğın və tüstüdən həlak olub, 24 heyət üzvü müxtəlif dərəcəli xəsarətlər alıb, səkkiz nəfər isə itkin düşüb.

Qərarla bağlı press-relizin artıq məhkəmənin veb saytından silindiyi bildirilib.

Məhkəmə Ukrayna Hərbi Dəniz Qüvvələrinin 406-cı Artilleriya Briqadasının komandiri Andrey Şubinə qiyabi ömürlük həbs cəzası verib. İstintaq onun “Moskva” kreyseri və “Admiral Essen” freqatına (2 aprel 2022-ci ildə hücuma məruz qalıb və bir nəfər yaralanıb) raket zərbələri endirməyi əmr etdiyini hesab edirlər.

Qeyd edək ki, Rusiyanın Qara Dəniz donanmasının flaqmanı hesab olunan “Moskva” kreyseri 2022-ci ilin aprelində vurulub. O zaman kreyserin Ukrayna tərəfindən “Neptun” raketi ilə vurulduğu bildirilmişdi. Lakin rəsmi Moskva kreyserin vurulmadığını, baş verən yanğından sonra sursat partlaması nəticəsində ciddi zədələndiyini, ekipajın təxliyyə edildiyini açıqlamışdı.

↑