Cümə axşamı, 15 Oktyabr 2026 10:19:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

Ukrayna, ABŞ və Rusiya BƏƏ-də danışıqlar aparacaq

22.01.2026 19:06 · 3 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Ukrayna, ABŞ və Rusiya arasında danışıqlar Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində çıxışı zamanı bildirib.

Zelenskinin sözlərinə görə, bu formatda keçiriləcək görüş ilk üçtərəfli danışıqlar olacaq və 23–24 yanvar tarixlərində Birləşmiş Ərəb Əmirliklərində baş tutacaq.

Qeyd edək ki, bu gün Moskvada Rusiya Prezidenti ilə ABŞ nümayəndələri arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqların keçirilməsi planlaşdırılır.

↑