Skip to content
Mart 11, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Deputat şəhərlərin yaxınlığında tullantıların yandırılmasına yol verilməməsini vacib sayıb
  • Gündəm

Deputat şəhərlərin yaxınlığında tullantıların yandırılmasına yol verilməməsini vacib sayıb

rubinroot Yanvar 22, 2026
69722da4005ba69722da4005bb176909046869722da4005b869722da4005b9.jpg

Şəhərin yaxınlığında məişət tullantılarının mütəmadi yandırılması nəticəsində havada yayılan tüstü və ağır qoxu həm ekologiyaya, həm də insanların sağlamlığı, xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risklər yaradır.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fatma Yıldırım bildirib.

Fatma Yıldırım deyib ki, ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə aparılan siyasətin əsasında Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü iradəsi dayanır: “Prezidentin rəhbərliyi ilə Azərbaycan bu gün dünyada yaşıl inkişaf modelini təşviq edən ölkələr sırasında lider mövqeyə yüksəlib. Lakin aparılan islahatların bölgələrdə də real nəticələr verməsi üçün yerli səviyyədə nəzarətin və təşəbbüskarlığın gücləndirilməsinə ehtiyac var. Bu aspektdə bi məqama toxunmaq istəyirdim. Şəhərinin çox yaxınlığında, insanların sıx yaşadığı ərazidə məişət tullantılarının açıq şəkildə və mütəmadi yandırılması hallarına yol verilməməlidir. Çünki havada yayılan tüstü və ağır qoxu həm ekologiyaya, həm də insanların sağlamlığına ciddi təsir edir. Xüsusilə xroniki xəstəlikləri olan şəxslər üçün əlavə risklər yaranır. Bərdədə də belə hal var. Qanunvericilik bu cür hallara görə cərimə mexanizmləri nəzərdə tutur, lakin bu kifayət etmir. Bu baxımdan bölgələrdə məişət tullantılarının emalı və idarə olunması üzrə müasir texnologiyalara əsaslanan müəssisənin qurulmasının gələcək investisiya proqramlarına daxil edilməsi vacibdir. ”.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: “Qızıl Qübbə”nin bir qismi Qrenlandiyada olacaq
Next: Ukrayna, ABŞ və Rusiya BƏƏ-də danışıqlar aparacaq

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.