Cümə axşamı, 15 Oktyabr 2026 10:18:45 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

“Qızıl Qübbə”nin bir qismi Qrenlandiyada olacaq

22.01.2026 17:02 · 2 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

“Qızıl Qübbə” raketdən müdafiə sisteminin bir hissəsi Qrenlandiyada olacaq.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davosda “Fox News”a açıqlamasında deyib.

“Bütün raketlər Qrenlandiyanın üzərindən gələcək. Pis adamlar atəş açmağa başlasalar, Qrenlandiyanın üzərindən gələcək. Biz bu raketləri endirməliyik”, – Tramp bildirib.

O əlavə edib ki, ABŞ Qrenlandiyaya tam çıxış əldə etmək üçün danışıqlar aparır.

Qeyd edək ki, “Qızıl Qübbə” ABŞ-ın planlaşdırdığı çoxtəbəqəli raketdən müdafiə sistemidir.

↑