Cümə axşamı, 15 Oktyabr 2026 11:06:17 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

ABŞ ordusu Arktikada əməliyyatlara kifayət qədər hazır deyil

22.01.2026 05:58 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

ABŞ hərbi qulluqçuları Arktikada təhlükəsizliyi müstəqil şəkildə təmin edə bilmirlər, çünki onlar Şimali Avropadakı NATO üzvü ölkələrə nisbətən sərt və soyuq şəraitdə əməliyyatlara daha az hazırdırlar.

APA xəbər verir ki, bu iddia ilə Britaniyanın “The Times” qəzeti adı açıqlanmayan mənbəyə istinadən məlumat verib.

Qəzetin məlumatına görə, ABŞ nümayəndələri 2025-ci ilin mart ayında Norveçin şimalında keçirilən NATO Birgə təlimləri zamanı ciddi çətinliklərlə üzləşiblər.

Mənbə həmçinin qeyd edib ki, ABŞ buzqıran gəmilərin tikintisi üçün Finlandiyadan asılıdır.

↑