Cümə axşamı, 15 Oktyabr 2026 11:59:09 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

SDQ ilə atəşkəs başlayandan bəri ən azı 11 Suriya hərbçisi öldürülüb

22.01.2026 01:53 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Suriya Demokratik Qüvvələri (SDQ) ilə atəşkəs qüvvəyə minəndən bəri ölkənin şimal-şərqində Suriya keçid hökumətinin ən azı 11 hərbçisi öldürülüb.

APA xəbər verir ki, bu barədə Suriyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəsin ilk günündə SDQ silahlıları ordunun mövqelərinə 35 dəfədən çox atəş açıblar. Nazirlik bildirib ki, hücumlar nəticəsində 11 nəfər ölüb, 35-dən çox insan yaralanıb.

Qeyd edək ki, 20 yanvar tarixində Suriya keçid hökumətinin Müdafiə Nazirliyi SDQ ilə yeni razılaşmadan sonra ölkənin şimal-şərqində dörd günlük atəşkəs elan edib.

↑