Cümə axşamı, 15 Oktyabr 2026 11:58:53 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
15 Oktyabr 2026
Gündəm

ABŞ HAMAS-ı maliyyələşdirdiyi iddiası ilə Qəzzadakı təşkilatlara sanksiya tətbiq edib

21.01.2026 21:50 · 1 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

ABŞ Qəzza zolağında yerləşən altı təşkilata HAMAS-ın hərbi qanadını dəstəklədiyinə görə sanksiyalar tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.

Sanksiyalar siyahısına Xaricdəki Fələstinlilərin Xalq Konfransının da daxil olduğu bildirilir.

Vaşinqton administrasiyası iddia edir ki, Fələstinli xalqına humanitar və tibbi yardım göstərən bu təşkilatlar əslində gizli şəkildə İzzəddin əl-Qəssamı dəstəkləyirlər. Departament qeyd edir ki, onlar anklav əhalisinə kömək etmək əvəzinə, yaraqlıları maliyyələşdirmək üçün vəsait toplayıbdılar.

↑