Skip to content
Mart 9, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • SOCAR dünyada 3-cü dəfə “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir
  • Gündəm

SOCAR dünyada 3-cü dəfə “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir

rubinroot Yanvar 21, 2026
69709f374dd1e69709f374dd1f176898847169709f374dd1c69709f374dd1d.jpeg

“SOCAR Karbamid” zavodu Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatına layiq görülüb.

APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, SOCAR-ın rəqəmsallaşma üzrə baş inzibatçısı Murad Abdullayev azərbaycanlı jurnalistlərə açıqlamasında deyib ki, dünyada indiyə qədər 250 şirkətə bu mükafata layiq görülüb.

Murad Abdullayev qeyd edib ki, SOCAR dünyada 3-cü dəfə “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir: “Bu, SOCAR-da olan sistematik rəqəmsal transformasiyanın doğru istiqamətdə getməsinin göstəricisidir. Sistematik rəqəmsal transformasiya sahəsində bu qədər yaxşı nəticələr əldə etməyimizin səbəbi də odur ki, biz transformasiyanı hansısa bir layihəni, texnologiyanı tətbiq etmək üçün deyil, şirkətin strategiyasına və hədəflərinə uyğun şəkildə həyata keçiririk. Bizim hədəflərimiz də səmərəliliyin artırılması, yaşıl enerjiyə keçid, insanların yeni texnologiyalardan istifadə etmək bacarığını artırılmasıdır”.

Qeyd edək ki, dünən Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində “SOCAR Karbamid” zavoduna Dünya İqtisadi Forumunun “Rəqəmsal mayak” (Digital Lighthouse Award) mükafatı təqdim edilib.

“SOCAR Karbamid” Azərbaycanda fəaliyyət göstərən müəssisələr arasında bu təltifə layiq görülən ilk zavod, SOCAR isə dünyada 3 “Digital Lighthouse Award” mükafatına sahib olan yeganə enerji şirkətidir.

About the Author

rubinroot

Administrator

View All Posts

Post navigation

Previous: Donald Tramp Prezident İlham Əliyevə məktub göndərib
Next: Uitkoff sabah Putinlə görüşəcək

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.