ABŞ prezidenti Donald Tramp bildirib ki, ölkəyə dəniz yolu ilə daşınan narkotiklərin həcmi 97 faiz azalıb və yaxın vaxtlarda narkotik qaçaqmalçılığına qarşı quru istiqamətində əməliyyatlara start veriləcək.
APA xəbər verir ki, bu barədə Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlama verib.
“Çox yaxın zamanda quru yolu ilə gətirilən narkotiklərlə məşğul olacağıq. Onların haradan gəldiyini dəqiq bilirik”, – deyə ABŞ prezidenti vurğulayıb.
