İspaniyada iki sürətli qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 42-yə çatıb.
APA xəbər verir ki, bu barədə “El Mundo” qəzeti məlumat yayıb. Qəza nəticəsində 150-dən çox insanın yaralandığı bildirilir.
Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində 41 nəfərin öldüyü açıqlanmışdı.
Hazırda qəza yerində axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
