Skip to content
Ocak 20, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • YPG tərəfdarlarının Suriyada Türkiyə bayrağına hücumu ilə bağlı hüquqi tədbirlər görüləcək
  • Gündəm

YPG tərəfdarlarının Suriyada Türkiyə bayrağına hücumu ilə bağlı hüquqi tədbirlər görüləcək

Rubin Az Ocak 20, 2026
696f8e544f57a696f8e544f57b1768918612696f8e544f578696f8e544f579.jpg

Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı hüquqi və inzibati tədbirlərin görüləcəyi bildirilib.

APA-nın Türkiyə bürosunun verdiyi xəbərə görə, Nusaybin–Qamışlı sərhəd xəttində, Suriya tərəfindəki terror təşkilatı YPG tərəfdarları tərəfindən Türkiyə bayrağına qarşı həyata keçirilən hücumla bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran sərt reaksiya verib.

Burhanəddin Duran açıqlamasında qeyd edib ki, sözügedən hücumla terror­suz Türkiyə hədəfini sabotaj etməyə çalışan qaranlıq mərkəzlərin bir daha hərəkətə keçdiyi açıq şəkildə görünür:

“Türkiyə Respublikasının təhlükəsizliyinə yönələn hər bir təhdid və müqəddəs dəyərlərimizə qarşı edilən hər bir addım ən qətiyyətli şəkildə cavablandırılacaq”.

Burhanəddin Duran, baş verən hücumla bağlı məhkəmə və inzibati prosedurların başladılacağını da bildirib.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Faktiki hava açıqlanıb
Next: Prezident İlham Əliyev Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında iştirak edir

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.