Çərşənbə axşamı, 24 Noyabr 2026 07:08:03 ☀ Bakı · 25°C
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın
24 Noyabr 2026
SON XƏBƏRLƏR
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00 Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib23.11.2026 21:00 Bitərəflik haqqında kitab Türkmənistanın özünəməxsus müasir pasportudur – İsa Həbibbəyli23.11.2026 18:00 Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib23.11.2026 15:00 Azərbaycanda ən çox boşanma bu rayonda qeydə alınıb – SİYAHI23.11.2026 12:00 Lökbatanda yol qəzasında iki nəfər ölüb23.11.2026 09:00 Prezident İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib (FOTO)22.11.2026 21:00 Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq22.11.2026 18:00 Prezident İlham Əliyev Livan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib22.11.2026 15:00 Bəzi rayonlarda intensiv yağış, Şahdağda isə qar yağıb – Faktiki hava22.11.2026 12:00 Adil Kərimli Yeni Dehlidə Pakistanın federal naziri ilə görüşüb22.11.2026 09:00 Məleykə Abbaszadə ilə bağlı iddialara aydınlıq gətirildi21.11.2026 21:00 Azərbaycan-Nepal mədəni əməkdaşlığı müzakirə olunub (FOTO)21.11.2026 18:00
Gündəm

Göyçayda gənclər təmizlik aksiyası keçirib

27.03.2019 18:49 · 908 baxış · rubinroot
REKLAM YERİBanner üçün sahəReklam yerləşdirmək üçün redaksiya ilə əlaqə saxlayın

Dünyada yayılmış məşhur təmizlik həştəqi olan #trashtag trendinə qoşulan iki gənc dağçı Göyçayın dağlıq ərzilərinə atılan tullantıların təmizlənməsini təmin etmək üçün aksiya keçiriblər.  “Rubin.Az”-ın bölgə müxbiri Davud Tarverdiyev xəbər verir ki, t əbii ərazilərə atılan polietlen paketlər, plasmas butulkalar və s. torpaqda gec çürüyən materiallar, torpağın təbii qatına ziyan vurur, heyvanların yayılıb artması üçün lazım olan faydalı bitkiləri məhv edirlər. Gənclər, tullantılar atılmış bir ərazi seçərək, oranın təmizliyini təmin ediblər. Dağçı Coşqun İsmayılov bildirib ki, Yer kürəsinə ildə 1.3 milyard ton məişət tullantısı atılır. Bu tullantıların 258-368 milyonu zibilxanalara, yüzdə 80-i isə okeanlara tökülür. Son zamanlar sosial mediada yayılan #trashtag trendi ilə zibillərlə dolu yerlər təmizlənir və tullantılar atılmış yerin əvvəlki və sonrakı fotoları paylaşılır. Sosial mediada getdikcə daha çox insana çatan Trashtag həştəqinin sürətli və əhatəli olması, təbiətin təmizliyinə ümid vəd verir. Könüllülər ilk olaraq zibil dolu bir yerin fotoşəkilini çəkir, sonra orada olan bütün zibilləri təmizləyir və bölgənin yeni vəziyyətini paylaşırlar. Bu trend gün keçdikcə daha çox insana çataraq yayılır. Buna görə də biz də bu prosesdə iştirak edərək bölgədə bu istiqamətdə ilk addımı atdıq və daha çox insanın bu trendə qoşulmasını gözləyirik.

Digər dağçı Seymur Məmmədov isə bildirib ki, bu aksiyada məqsəd təkcə təbiətin təmizlənməsinə yox, həm də onun çirkəndirilməməsinə xidmət etməlidir. Hər yaş qrupundan olan insanlar bu cür trendlərdə iştirak etməklə, özlərində təbiətin təmizliyinə qarşı məsuliyyət hiss etməyə başlayacaqlarını düşünürəm. Ümid edirəm ki, bizim bu addımımız hər yaş qrupundan olan insanlara təsir etməli, onları sosial məsuliyyətə yönəltməlidir.

Xatırladaq ki, gənclər bu aksiyanı davamlı olaraq həyata keçirəcəklərini və bu istiqamətdə fəaliyyət göstərən yerli təşkilat və dövlət qurumları ilə də əməkdaşlıq etməyə hazır olduqlarını bildiriblər.

 

Davud Tarverdiyev

↑