Skip to content
Ocak 19, 2026
  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Rubin.az

Rubin.az

reklam-idman-1
Primary Menu
  • Rəsmi
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Mədəniyyət
    • Şoubiznes
  • Ədəbiyyat
  • Filmlər
  • Hadisə
  • İdman
  • Elm
    • Təhsil
    • Təhsil Nazirliyi
  • Dünya
  • Digər
    • Müsahibə
    • Sağlamlıq
    • Din
    • Maraqlı
  • Home
  • Rusiyada ABŞ vətəndaşına qanunsuz silah daşıdığına görə 5 il həbs cəzası verilib
  • Gündəm

Rusiyada ABŞ vətəndaşına qanunsuz silah daşıdığına görə 5 il həbs cəzası verilib

Rubin Az Ocak 19, 2026
696e25f3eb4a2696e25f3eb4a31768826355696e25f3eb4a0696e25f3eb4a1.png

Soçidə ABŞ vətəndaşı yaxtasında qanunsuz olaraq odlu silah və döyüş sursatı daşımaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.

APA xəbər verir ki, bu barədə “Noviy Den” Krasnodar diyarı məhkəməsinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ vətəndaşı Karolina ştatından yaxta ilə yola çıxaraq bir sıra Avropa ölkələrindən keçib və 2025-ci ilin iyun ayında Soçi limanına daxil olub. Sərhəd nəzarətindən keçərkən o, yaxtada odlu silah olduğunu gizlədib.

Aparılan yoxlama zamanı yaxtada odlu silah və döyüş sursatı aşkar edilərək müsadirə olunub.

Soçi Mərkəzi Rayon Məhkəməsinin qərarı ilə ABŞ vətəndaşı odlu silahın və sursatın qanunsuz daşınmasında təqsirli bilinib və ümumi rejimli cəzaçəkmə müəssisəsində 5 il müddətinə həbs cəzasına məhkum edilib.

About the Author

Rubin Az

Administrator

View All Posts

Post navigation

Previous: Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı 5%-dən çox artıb
Next: FHN-də 20 Yanvar faciəsinin qurbanları anılıb

  • Instagram
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
Copyright © Hazırladı Vetenim.info | MoreNews by AF themes.