Türkiyə Super Liqasında XVIII turun oyunları davam edir.
Apasport.az xəbər verir ki, günün ilk matçında “Kasımpaşa” öz meydanında “Antalyaspor”u qəbul edib.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib – 0:0.
Günün mərkəzi oyunu isə Alanyada baş tutub. Eyniadlı şəhərin komandası doğma azarkeşləri önündə “Fənərbaxça” ilə üz-üzə gəlib. Ev sahibləri ilk hissəni 2:1 hesablı üstünlüklə başa vurublar. Fasilədən sonra təşəbbüsü ələ alan “sarı-lacivərdlilər” ardıcıl iki qol vuraraq oyunda geridönüş edib. İstanbul təmsilçisi qarşılaşmadan 3:2 hesablı qələbə ilə ayrılıb.
Türkiyə Super Liqası
XVIII tur
15:00. “Kasımpaşa” – “Antalyaspor” – 0:0
18:00. “Kocaelispor” – “Trabzonspor” – 1:2
18:00. “Gənclərbirliyi” – “Samsunspor” – 1:1
21:00. “Alanyaspor” – “Fənərbaxça” – 2:3
